📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qonşu ölkə büdcə şəffaflığına görə dünyada birinci yerdədir

2022-07-06 15:53:00

Qonşu ölkə büdcə şəffaflığına görə dünyada birinci yerdədir

120 ölkə arasında ən yüksək bal toplayıb

Hurriyyet.az xəbər verir ki, Almaniyanın Tbilisidəki səfirliyi Gürcüstanın büdcənin şəffaflığına görə dünyada birinci yerdə olduğunu bildirib.

Səfirliyin yaydığı açıqlamada deyilir: “Büdcə Şəffaflığı İndeksinə görə Gürcüstan dünyada birinci yerdədir. Beynəlxalq Büdcə Əməkdaşlığı təşkilatının 2021-ci ilin büdcə şəffaflığı araşdırmasının nəticələrinə görə, Gürcüstan 100 baldan 87-ni toplayaraq, 120 dünya ölkəsi arasında birinci yeri tutub”.

Hürr Tərcüman