📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qonşu ölkədə SSRİ "geri qayıtdı" – “Hamımızdan nəcis iyi gəlir”

2026-08-09 15:04:10

Qonşu ölkədə SSRİ

Rusiyanın iki böyük şəhərində su ilə bağlı ciddi problemlər yaşanır.

Hurriyyet.Media  xəbər verir ki, Tümendə insanlar həftələrdir kran suyundan gələn kəskin nəcis qoxusundan şikayət edir, Yekaterinburqun bəzi rayonlarında isə sakinlər susuz qalıblar.

Tümendə iyulun ortalarından bəri sakinlər kran suyunun kəskin və dözülməz qoxu verməsindən kütləvi şəkildə şikayət edirlər.

Problemin əsas səbəbi şəhərin su təchizatı mənbələrindən biri olan Tura çayında anomal yay daşqını ilə əlaqələndirilir. Suyun keyfiyyətindəki dəyişiklik sakinlərin gündəlik həyatını ciddi şəkildə çətinləşdirib.

Bəzi sakinlər vəziyyətdən çıxmaq üçün müxtəlif üsullara əl atırlar. Gənc rusiyalı qadınlardan biri saçını mətbəxdə, içməli su üçün filtr quraşdırılmış çanaqda yuduğunu bildirib.

“Bu su da iy verir, amma heç olmasa qoxusu o qədər dözülməz deyil”, – deyə o bildirib.

Şəhər sakinlərindən biri isə yaranmış vəziyyəti daha sərt ifadə edib: “Hamımızdan nəcis iyi gəlir”.

Bu arada Yekaterinburqda da ciddi su problemi yaranıb. Şəhərin bəzi rayonlarının sakinləri artıq bir sutkaya yaxındır normal su təchizatından məhrumdurlar.

Sakinlər su əldə etmək üçün vedrələrlə böyük növbələrdə dayanmağa məcbur olurlar. Bəzi yaşayış binalarında su var, lakin çox vaxt çirkli gəlir və ya təzyiqi son dərəcə zəif olur.

Yaranmış uzun su növbələri sosial şəbəkələrdə SSRİ dövrünün növbələri ilə müqayisə edilir. Paylaşımlardan birində vəziyyət istehzalı şəkildə belə şərh olunub: “SSRİ-dəki kimi yaşamaq istəyirdiniz? Növbələr məsələsində hələlik əla alınır”.