📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qonşu ölkədə təyyarə qəzaya uğradı: Ölənlər var

2022-02-03 19:12:00

Qonşu ölkədə təyyarə qəzaya uğradı: Ölənlər var

İranın şərqində yerləşən Xorasan Rəzəvi əyalətində təlim təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

Hurriyyet.az xəbər verir ki, məlumatı İRNA yayıb.

“Yüngül mühərrikli təlim təyyarəsi Xorasan Rəzəvi əyalətinin “Kavyani Kaşmir” hava limanı yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində iki nəfər ölüb”, - məlumatda bildirilib.

Qəzanın səbəbi araşdırılır