📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qonşu ölkədə YENİ VİRUS: 4 nəfər öldü...

2024-09-14 21:06:52

Qonşu ölkədə YENİ VİRUS: 4 nəfər öldü...

Ermənistanda Qərbi Nil qızdırmasından 4 nəfər ölüb.

Hurriyyet.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin xəstəliklərə nəzarət və profilaktika milli mərkəzi məlumat yayıb.

Daha 128 nəfərin qızdırmaya yoluxduğunun laboratoriyada təsdiqləndiyi bildirilir.

Xatırladaq ki, Qərbi Nil virusu insanlara ağcaqanad dişləməsi ilə keçir. O, insandan-insana keçmir, lakin qanköçürmə, orqan transplantasiyası zamanı keçə bilər.