Qonşu ölkənin təyyarəsi vuruldu
2023-01-25 15:30:00
Hurriyyet.az xəbər verir ki, Ruanda ordusu Konqo Demokratik Respublikasının ölkənin hava sərhədlərini 3 dəfə pozan hərbi təyyarəsini vurub.
Yerli mətbuatın yazdığına görə, Konqoya məxsus “Sukhou-25” qırıcısı yerli vaxtla saat 17.03-də Ruanda sərhədlərini 3 dəfə pozduqdan sonra gövdəsinə endirilən zərbə nəticəsində Konqonun Qoma şəhərinə məcburən enib. Təyyarədə başlanan yanğın aeroportun yanğınsöndürənləri tərəfindən söndürülüb.
Yanvarın 19-da Ruanda Konqo Demokratik Respublikasını əcnəbi muzdlu hərbçilər toplayaraq müharibəyə hazırlamaqda ittiham eləmişdi. Konqo isə Ruandanı ölkənin şərqindəki 23 mart hərəkatını dəstəkləməkdə ittiham edir.
Hürr Tərcüman