📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qonşu respublikada karantin elan edildi

2022-06-24 19:15:00

Qonşu respublikada karantin elan edildi

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Dağıstan Respublikasının başçısı Sergey Melikov Buynak rayonunun Yuxarı Kazanişe (əhalisinin əksəriyyəti türkdilli qumuqlardan ibarətdir) kəndində heyvanların quduzluq ocağının aradan qaldırılması üçün karantin tətbiq edilməsi fərmanını imzalayıb.

Məhdudiyyətlər avqustun 14-ə qədər yanacaqdoldurma stantisyanının ərazisində tətbiq ediləcək.

Karantin dövründə kənddə heyvanlarların iştirakı ilə yarmarkaların, sərgilərin və başqa tədbirlərin keçirilməsi qadağan ediləcək. Kəndə yalnız quduzluğa qarşı peyvənd edilmiş heyvanların gətirilməsinə icazə veriləcək.

Hürr Tərcüman