📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qonşu respublikanın əhalisi ikiqat azala bilər

2024-10-08 17:18:04

Qonşu respublikanın əhalisi ikiqat azala bilər

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, 40 il ərzində, yəni 2064-cü ildə Gürcüstan əhalisinin sayı ikiqat azala bilər. Belə bir proqnoz BMT ekspertləri tərəfindən irəli sürülüb. Təşkilatın məlumatına görə, ölkədə doğum sayı azalmağa və xarici ölkələrə köç artmağa davam edir. 
BMT əməkdaşlarının açıqlamasında Gürcüstanda əhali sayının azalma səbəbləri sadalanıb:
Qadının oğul yox, qız övladı gözlədiyi təqdirdə uşağın tələf edilməsi hallarının artması. Bu, həm cinslər arasında say tarazlığını pozur, həm də potensial anaların sayını azaldır.
Maddi çatışmazlıq səbəbindən ailə birdən artıq övlada sahib olmaq istəmir.
BMT-də problemin mümkün həll yolları da səsləndirilib, çoxuşaqlı ailələrə və hamilə qadınlara sosial güzəştlər etmək və maddi yardım göstərmək.
Hazırda Gürcüstanda 3,6 milyon nəfərdən artıq əhali yaşayır.
Hürr Tərcüman