📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qonşuda donuz qripi: ölənlər var

2025-01-20 16:41:43

Qonşuda donuz qripi: ölənlər var

Son iki həftə ərzində Gürcüstanda bir neçə nəfər donuz qripi səbəbindən dünyasını dəyişib.

Hurriyyet.az xəbər verir ki, bu barədə "Rustavi 2" telekanalı məlumat yayıb.

Məlumata görə, H1N1 virusunun fəsadları fonunda xəstələrdə müşahidə olunan yan xəstəliklər ölümə səbəb olub.

Bildirilib ki, dünyasını dəyişənlərdən heç biri peyvənd olunmayıb.

Həkimlər virusun yanvar ayının sonuna doğru daha geniş yayılacağını gözləyirlər.

Axar.az