📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Qorotdel”in keçmiş idarə rəisi faciəvi şəkildə öldü - Foto

2022-10-11 13:00:00

“Qorotdel”in keçmiş idarə rəisi faciəvi şəkildə öldü - Foto

Dünən saat 20 radələrində Sumqayıt şəhəri ərazisində ağır yol qəzası baş verib.

Hurriyyet.az xəbər verir ki, şəhər sakini T.Məmmədov idarə etdiyi “Chevrolet Camaro” markalı avtomobillə dənizkənarı küçədə yolu keçən həmyerlisi Çingiz Alxanlını vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Qeyd edək ki, ehtiyatda olan polis polkovniki Çingiz Alxanlı Bakı Şəhər Baş Polis İdarəsinin Maliyyə İdarəsinin keçmiş rəisidir. O, “FİKA MONTİNO” brendinin yaradıcısı – Fikrət Allahverdiyevin qudası olub. (qafqazinfo)