Qreta Tunberqin məhkəməsi gedir
Hurriyyet.az “Yevropeyskaya pravda” nəşrinə istinadla xəbər verir ki, iqlim aktivisti Qreta Tunberq ötən ay İsveçin cənubunda keçirilən etiraz nümayişləri zamanı polisə itaət etmədiyinə görə, iyulun 24-də məhkəmə qarşısına çıxarılır.
Tunberq il digər ictimai fəallar iyunun 19-da Malma limanındakıneft terminalında hərəkəti dayandırdıqdan sonra saxlanılmışdılar.
Tunberq ondan aksiya ərazisini tərk etməsini tələb edən polisə itaət etməməkdə ittifham edilir və yerli qanunvericiliyə əsasən, bu davranışa görə adətən, cərimə cəzası verilir.
Tunberq iqlim dəyişikliyi ilə bağlı qlobal gənclik hərəkatının rəmzi hesab edilir.
Qreta ilə birlikdə daha 3 nəfər etirazçının da bu gün məhkəməsi keçirilir.
Xatırladaq ki, iyunun 14-də Qreta Tunberq ukraynalıların Almaniyanın Bonn şəhərində, BMT-nin binasının qarşısında Ukraynada törədilən ekosidə qarşı keçirdikləri etiraz nümayişinə qoşulmuşdu. Aktivist Ukraynada da səfərdə olub.
Hürr Tərcüman