📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Qriqorçuk özünə düşmən kəsilmayib, onun “Neftçi”yə transferinə razılıq veribsə...” - VİDEO

2024-07-26 19:48:14

“Qriqorçuk özünə düşmən kəsilmayib, onun “Neftçi”yə transferinə razılıq veribsə...” - VİDEO

«Ramil Şeydayev ən azından yerli futbolçu kimi «Neftçi»yə xeyir verə bilər».

Bu fikirlər futbol eksperti Emin Abbasova aiddir.

O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində Ramil Şeydayevin «Neftçi»yə transferini dəyərləndirib.

Tanınmış televiziya adamı bildirib ki, «Kocaelispor»dan ayrılaraq Azərbaycana dönən hücumçudan yeni klubunda gözləntilər çoxdur.

Abbasov «ağ-qaralar»la 3 illik müqavilə imzalayan millinin hücumçusunun Roman Qriqorçuk tərəfindən çox bəyənildiyini xatırladıb.

Vurğulayıb ki, yeni baş məşqçi öz-özünün düşməni deyil və Şeydayevin keçidini istəməklə nə iş gördüyünü bilir. \\SPORTİNFO.AZ