Qriqoryan: “Ermənistanın Azərbaycanın dəmiryolundan istifadə edə bilməsi çox mühümdür”
“Hazırda işçi qrupu İrəvan-Tbilisi-Bakı marşrutu ilə, oradan da Rusiyaya və ya digər ölkələrə yüklərin daşınması məsələsini müzakirə edir”
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadən xəbər verir ki, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın İctimai televiziyasına müsahibəsində Cənubi Qafqazın nəqliyyat kommunikasiyalarının blokadadan çıxması nəticəsində Ermənistanın Azərbaycanın dəmiryolu infrastrukturundan istifadə edə biləcəyini və bunun çox mühüm olduğunu söyləyib.
News.am saytı Qriqoryanın sözlərini sitat gətirərək yazıb: “Hazırda işçi qrupu İrəvan-Tbilisi-Bakı marşrutu ilə, oradan da Rusiyaya və ya digər ölkələrə yüklərin daşınması məsələsini müzakirə edir”.
Qriqoryan bildirib ki, İrəvan konstruktiv fəaliyyət göstərəcək və 9 noyabr ilə 11 yanvar bəyanatlarının həyata keçməsinə və İrəvanın blokadadan çıxmasına çalışacaq.
Hürr Tərcüman