📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qriqoryan Hindistana səfərə gedəcək – təhlükəsizlik məsələləri gündəmdədir

2023-08-25 15:05:20

Qriqoryan Hindistana səfərə gedəcək – təhlükəsizlik məsələləri gündəmdədir

Hurriyyet.az “Aysor.am” saytına istinadla xəbər verir ki, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan avqustun 28-də Hindistanın paytaxtı Nyu-Dehliy şəhərinə işgüzar səfərə gedəcək. Bu barədə məlumatı Ermənistanın Təhlükəsizlik Şurası verib.

Səfər çərçivəsində A.Qriqoryanın Hindistanın Baş naziri Narendra Modinin milli təhlükəsizlik üzrə müşaviri Acit Doval ilə görüşəcəyi gözlənilir.

Hürr Tərcüman