📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qriqoryan KTMT baş katibi ilə sərhədi müzakirə etdi

2023-03-17 17:26:00

Qriqoryan KTMT baş katibi ilə sərhədi müzakirə etdi

Ermənistanda səfərdə olan KTMT Baş katibi İmanqali Tasmaqambetov bu ölkənin Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryanla görüşüb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurası məlumat yayıb.

Məlumata görə, görüş zamanı Tasmaqambetov Qriqoryana Qırğızıstan - Tacikistan sərhədinin delimitasiya prosesini təqdim edib.

Qriqoryan da Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı KTMT baş katibini məlumatlandırıb.

axar.az