Qriqoryan Paşinyanın onu Qərbə görə işdən çıxardığını iddia edir
2026-10-28 16:23:51
Ermənistan Təhlükəsizlik Şurasının sabiq katibi Armen Qriqoryan hesab edir ki, Paşinyan Qərbin maraqlarına görə onu işdən çıxarıb.
Hurriyyet.net xəbər verir ki, Armen Qriqoryan Paşinyana qarşı narazılığını gizlətmir.
O, yaxınları ilə söhbətlərində iddia edir ki, Qərb onu Baş nazirə mümkün alternativ kimi görüb.
Qriqoryan işdən çıxarılmasını məhz bununla əlaqələndirir.
Nəşr onu da bildirir ki, Armen Qriqoryanın qohumları Paşinyanı tənqid edərək hesab edirlər ki, o, əvvəlcə öz silahdaşından istifadə edib, sonra isə ondan qurtulub.