📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qriqoryan Paşinyanın yeni vəzifə təklifini RƏDD ETDİ

2026-08-13 17:43:23

Qriqoryan Paşinyanın yeni vəzifə təklifini RƏDD ETDİ

Ermənistan Təhlükəsizlik Şurasının sabiq katibi Armen Qriqoryan Baş nazirin aparatında vəzifə tutmaq təklifindən imtina edib.

Hurriyyet.Media  xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət brifinqində jurnalistlərə açıqlamasında bildirib.

Paşinyanın sözlərinə görə, o, Qriqoryana işini Baş nazirin aparatında davam etdirməyi təklif etsə də, qarşı tərəf dövlət qulluğu karyerasında fasilə vermək qərarına gəlib.

Ermənistanın baş naziri əlavə edib ki, “Mən buna anlayışla və hörmətlə yanaşıram”.

Xatırladaq ki, Qriqoryan Təhlükəsizlik Şurasının katibi vəzifəsindən getdikdən sonra onun yerini Ermənistan Parlamentinin keçmiş sədri Alen Simonyan tutub.