📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qriqoryan təkzib etdi: Zəngəzur yolu ilə bağlı razılıq…

2023-06-11 00:26:00

Qriqoryan təkzib etdi: Zəngəzur yolu ilə bağlı razılıq…

Naxçıvana gedən rabitə yollarına Ermənistan ərazisində Rusiya Federasiyası FTX-nin sərhədçiləri tərəfindən nəzarət edilməsinə dair razılıq əldə olunmayıb.

Bu barədə Ermənistan Baş nazirinin müavini Mger Qriqoryanın ofisindən məlumat verilib.

“Üçtərəfli İşçi Qrupunun müzakirələrində, o cümlədən sonuncu görüşdə belə bir razılaşma olmayıb. Ermənistanın mövqeyi belədir ki, 10 noyabr 2020-ci il Bəyanatının 9-cu bəndinə əsasən baxılan marşrutlar ərazisindən keçən ölkənin suverenliyi altında olmalıdır”, - məlumatda qeyd edilib.

Qeyd edək ki, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev “Baku-Moskva” nəşrinə açıqlamasında Zəngəzurdan keçən yolun Rusiya FTX-nin nəzarəti altında olacağını bildirib. Bu, əslində Azərbaycanın mövqeyi deyil, 10 noyabr 2020-ci il Bəyanatının 9-cu bəndində nəzərdə tutulub. Ermənistan isə bu bəndin tələbindən imtina edir. \\Axar.Az