📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qriqoryan yeni “qucaq” axtardıqlarını etiraf etdi – Rusiyadan da buna görə inciyiblər

2024-03-07 12:58:38

Qriqoryan yeni “qucaq” axtardıqlarını etiraf etdi – Rusiyadan da buna görə inciyiblər

“Mülki müqavilə” partiyası fraksiyasının üzvləri ilə görüşdə biz Ermənistanın iqtisadi təhlükəsizliyi məsələlərini müzakirə etdik. Bu, bizim əsas gündəmimiz idi”.

Hurriyyet.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan parlamentdə jurnalistlərlə söhbətində deyib.

“Rusiya ilə münasibətlərin pisləşməsi fonunda Lars məntəqəsi bağlanarsa, Ermənistan iqtisadiyyatı itkilər verə bilərmi” sualına, Qriqoryan belə cavab verib: “Uzun müddətli perspektivdə belə problemlərimizin olmaması üçün Ermənistan iqtisadiyyatını şaxələndirmək, yeni tərəfdaşlar tapmağa çalışmaq yolu ilə gedir. Bəzi yerlərdə uğur qazandıq, bəzilərində isə yox. Ermənistan anlayır ki, qeyd etdiyiniz problemlərin həlli mümkündür və bu məqsədlə iqtisadiyyat şaxələndirilir”.

“Rusiya ilə münasibətlərin korlanmasının ciddi təhlükəsizlik problemləri yarada bilər. Bu zaman Azərbaycanın, Türkiyənin fürsətdən istifadə edə biləcəyindən qorxursunuzmu?” sualına cavabında isə Qriqoryan yenə saxtakarlıq edib.

Rusiyanı və KTMT-ni Azərbaycanla qarşıdurmaya cəlb edə bilməyən Paşinyan rejiminin təmsilçisi Ermənistan ordusunun və separatçıların Qarabağda məhv edilməsini Moskvanın üzərinə yığmağa çalışıb.

“Biz 2021-ci ilin dekabrına qədər bütün təhlükəsizlik zəmanətlərimizi Rusiya Federasiyasına bağlamışdıq. Amma Ermənistan təhlükəsizlik təhdidi ilə üzləşəndə müttəfiqləri ona sadəcə kömək etmədilər” – deyə, həyasızcasına Moskvanı Azərbaycan torpaqlarını işğalını davam etdirməkdə İrəvana kömək etmədiyinə görə ittiham edib.

Buna görə də yeni təhlükəsizlik təminatı, daha doğrusu, özlərinə yeni “qucaq” axtardıqlarını bildirib.

Ancaq bunun da İrəvanın çirkin niyyətlərini həyata keçirməsinə yardım etməyəcəyini Prezident İlham Əliyev fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.

“Yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

azpolitika.info