📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qubada kitabxananın fəaliyyəti niyə dayandırılıb? – FOTOFAKT

2026-02-13 15:18:34

Qubada kitabxananın fəaliyyəti niyə dayandırılıb? – FOTOFAKT

Quba şəhərindəki kitabxana binasının yararsız duruma düşməsi yerli əhalinin narazılığına səbəb olub.

Oxu.Az xəbər verir ki, sosial şəbəkədə paylaşım edən rayon sakinlərindən biri Yusif Qasımov küçəsində yerləşən kitabxana binasının baxımsız vəziyyətdə olmasını əks etdirən fotolar yayımlayıb.

Paylaşımlarda binanın uzun müddətdir təmir edilmədiyi və istifadəyə yararsız hala gəldiyi vurğulanıb.

Qubada kitabxananın fəaliyyəti niyə dayandırılıb? – FOTOFAKT

Qubada kitabxananın fəaliyyəti niyə dayandırılıb? – FOTOFAKT

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən kitabxana filialının fəaliyyəti dayandırılıb:

"Nazirliyin 28 avqust 2025-ci il tarixli məktubuna əsasən Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Şəhər kitabxana filialı struktur optimallaşdırılması çərçivəsində rayon MKS-nin mərkəzi kitabxanasına rotasiya olunub.

Bununla əlaqədar şəhər kitabxana filialının fəaliyyəti dayandırılıb. Qərar kitabxana xidmətlərinin daha səmərəli təşkili və resursların mərkəzləşdirilmiş şəkildə idarə olunması məqsədi daşıyır".