📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qubada modul tipli məktəb yandı - FOTO

2021-12-02 16:29:00

Qubada modul tipli məktəb yandı - FOTO

Ötən gün gecə saatlarında Qubanın Zıxır kəndində modul tipli məktəbdə yanğın baş verib.

Hurriyyet.az xəbər verir ki, APA-nın şimal bürosunun verdiyi məlumata görə, baş verən hadisə nəticəsində 2019-cu ildə istifadəyə verilən modul tipli məktəb yanaraq yararsız vəziyyətə düşüb. Yanğın nəticəsində xəsarət alan olmayıb.

İlkin ehtimala görə, yanğın qısaqapanma səbəbindən baş verib.

Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev bildirib ki, 80 yerlik Zıxır kənd ümumi orta məktəbində 26 şagird təhsil alır. Yanğınla əlaqədar şagirdlər təhsilini köhnə məktəb binasında davam etdirəcək. Həmin məktəb binası artıq odun yanacağı ilə təmin olunub.