📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qubada narkotikin təsiri altında avtomobil sürən 86 sürücü saxlanılıb

2023-12-02 12:18:03

Qubada narkotikin təsiri altında avtomobil sürən 86 sürücü saxlanılıb

Qubada narkotikin təsiri altında avtomobil idarə edən 86 sürücü saxlanılıb.

Hurriyyet.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan APA-ya verilən xəbərə görə, Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı son 4 ay ərzində rayon ərazisində narkotik vasitənin təsiri altında avtomobil idarə edən 86 nəfər saxlanılıb.

Bütün faktlarla bağlı RPŞ-də araşdırma aparılıb, toplanmış xüsusatlar baxılması üçün Quba rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə həmin şəxslərin barələrində qanunamüvafiq tədbir görülüb.