📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qubada un qıtlığı - İnsanlar saatlarla növbə gözləyir - VİDEO

2022-08-19 17:09:00

Qubada un qıtlığı - İnsanlar saatlarla növbə gözləyir - VİDEO

Qubada əhali mağazalarda un tapmır.

Hurriyyet.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

İnsanlar saatlarla un növbəsində dayanırlar.

Vətəndaşlar qeyd edirlər ki, artıq bir neçə gündür heç bir mağazada un tapmaq olmur. Un tapılan mağazaların qarşısında da uzun növbələr olur. İnsanlar bir kisə un almaq üçün uzun müddət gözələsələr də, bəziləri un almadan geri qayıtmalı olur. Hətta uzun növbələr səbəbindən insanlar arasına mübahisələr olduğu da bildirilir.

Qeyd edək ki, Zaqatala, Balakən, Qax, Şəki rayonlarında da son 1 həftədə un qıtlığı yarandığı ilə bağlı məlumatlar var. Sakinlər bildirirlər ki, satış nöqtələrində un tapmırlar.