Qubada yol kənarından silah tapılıb
2022-11-10 13:53:00
Quba Rayon Polis Şöbəsinin PPXB-nin əməkdaşları tərəfindən, Quba şəhəri köhnə kərpic zavod adlanan ərazidə xidmətdə olduqları zaman yolun kənarından 1 ədəd "İJ" markalı qoşa lüləli ov silahı aşkar olunaraq götürülüb.
Hurriyyet.az-a bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib.
Faktla bağlı RPŞ-də araşdırma aparılır.