📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qubada yüksəklikdən yıxılan şəxs öldü

2026-08-28 10:31:49

Qubada yüksəklikdən yıxılan şəxs öldü

Qubada ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Hurriyyet.media  xəbər verir ki, dünən saat 11 radələrində 1979-cu il təvəllüdlü Stalov Vahid Seyidbala oğlu rayonun Dağlı kəndində yerləşən fərdi yaşayış evində təmir işləri görərkən yüksəklikdən yerə yıxılıb.

O aldığı xəsarətlər səbəbindən hadisə yerində vəfat edib.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.