📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qubadlıda üç kəndin daşqından qorunmasına 30 milyon manatadək vəsait xərclənəcək

2026-11-19 23:17:06

Qubadlıda üç kəndin daşqından qorunmasına 30 milyon manatadək vəsait xərclənəcək

Qubadlı rayonu Zilanlı, Mahruzlu və Xanlıq yaşayış məntəqələrinin ərazilərinin Həkəri çayının daşqın sularından mühafizəsi layihəsi çərçivəsində tikinti işləri aparılacaq.

Oxu.Az xəbər verir ki, bununla bağlı müvafiq prosedura start verilib.

Belə ki, layihəyə ümumilikdə 28 milyon 812 min 727 manat xərclənməsi nəzərdə tutulur.