📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qubadlıda vəfat edən hərbçimizin FOTOSU

2023-12-19 23:42:06

Qubadlıda vəfat edən hərbçimizin FOTOSU

Xəbər verdiyimiz kimi, bu gün Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Həsrətov Xəyal Əzim oğlunun səhhəti qəfil pisləşib. Onun həyatını xilas etmək mümkün olmayıb.

Hurriyyet.Az xəbər verir ki, Modern.az-ın məlumatına görə, o, “Qubadlı” Əlahiddə Sərhəd Diviziyasının əsgəri olub.

Xəyal Həsrətovun ölüm səbəbinin müəyyən edilməsi üzrə müvafiq tibbi ekspertizalar təyin edilib.

Qeyd edək ki, Qubadlıda vəfat edən əsgər Xəyal Həsrətov İsmayıllı rayonunun Tircan kəndindəndir.

 Vəfat edən hərbçimizin fotosunu təqdim edirik: