Qüdrət Həsənquliyevlə İqbal Ağazadə rəqib oldular
2024-07-17 13:15:46
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyev 36 saylı Xətai-Suraxanı Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb.
Hurriyyet.az xəbər verir ki, bu barədə ƏHD Partiyasından bildirilib.
Q.Həsənquliyev artıq sənədlərini dairəyə təqdim edib.
Qeyd edək ki, mətbuata açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə də namizədliyini 36 saylı Xətai-Suraxanı seçki dairəsindən verəcəyini bildirib.
bakupost.az