📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qüdrət Qurbanov Heydər Əsədovun yerinə gətirildi

2024-09-27 16:41:43

Qüdrət Qurbanov Heydər Əsədovun yerinə gətirildi

Ləğv edilən Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanova yeni vəzifə verilib.

Hurriyyet.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) sədri Rauf Vəliyev onu Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) prorektoru və rektor əvəzi təyin edib.

Yaxın günlərdə müvafiq əmrlə onun rektor təyin ediləcəyi gözlənilir.

Qeyd edək ki, ADDA-nın sabiq rektoru Heydər Əsədov deputat seçildiyinə görə vəzifəsindən azad olunub.