Qüdsdə terror – yaralılar var
2022-11-23 11:07:00
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, bu gün səhər saatlarında Qüds şəhərində mərkəzi avtobus stansiyasında iki partlayış baş verib.
“Yerusalem Post” nəşri yazır: “Partlayışın səbəbi indiyə qədər məlum deyil. İsrail polisi terror aktı ehtimalı da daxil olmaqla, bir neçə mümkün versiyanı araşdırır”.
Terror aktları nəticəsində 18 nəfər zərər çəkib, onların ikisinin vəziyyəti ağırdır.
Hürr Tərcüman