📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qulu Məhərrəmliyə yeni vəzifə verildi

2022-12-21 20:23:00

Qulu Məhərrəmliyə yeni vəzifə verildi

Azərbaycan Mətbuat Şurasının Etika Komissiyasının sədri, tanınmış telejurnalist və publisist, professor Qulu Məhərrəmli BDU-da kafedra müdiri təyin edilib.

Hurriyyet.Az xəbər verir ki, bununla bağlı Bakı Dövlət Universitetinin mətbuat xidməti məlumat yayıb.

Qulu Məhərrəmli Jurnalistika fakültəsinin “Multimedia və elektron kommunikasiya” kafedrasına müdir təyin olunub.