📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qumralın əri üçün çəmənlikdə etdiyi rəqs qınandı: "Deyəsən, hamısı eyni..." - VİDEO

2023-12-11 19:09:04

Qumralın əri üçün çəmənlikdə etdiyi rəqs qınandı:

Sosial şəbəkədə yayılan video diqqət mərkəzinə düşüb.

Tanınmış müğənni Təranə Musayevanın bloger və müğənni kimi fəalliyyət göstərən qızı Qumralın görüntüsü gündəm olub.

Belə ki, onun həyat yoldaşı üçün məşhur "Habibi" mahnısına dağların ətəyində oynaması izləyicilərin marağına səbəb olub.

Sözügedən paylaşıma yanaşma isə birmənalı olmayıb. Bəziləri cütlüyün səmimi halını tənqid atəşinə tutublar. Onlar "Deyəsən, hamısı eyni ağıldadır", "Bunu niyə çəkib göstərirsən?", "Həyat yoldaşından daha çox digərləri üçündür", "Çəkib paylaşıbsa, əri üçün yox, el üçün oynayır", "Bunlar ərlərinə nə yedirib, nə içirirlər?" kimi şərhlərlə münasibət bildiriblər.

Həmin görüntünü təqdim edirik:

Milli.Az