📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Quql Azərbaycana “jest” etmir, aldanmayın!

2021-10-18 14:28:00

Quql Azərbaycana “jest” etmir, aldanmayın!

Mütəqilliyimizin Bərpası Günü ilə bağlı olaraq Quql axtarış platformasında çıxan hərəkətli görüntü (Doodle) yalnız Azərbaycandan olan istifadəçilər üçün görünür.

Hurriyyet.az xəbər verir ki, bunu texnobloger Fərid Pərdəşünas deyib.

“Bu, bəsit bir haldır. Baxsanız, Uqandanın müstəqillik günü ilə də bağlı var. Hətta Novruz bayramında belə dudl görmək olur. Bu dudllar yalnız həmin ölkənin tarixi hadisələri, görkəmli şəxsləri, əlamatdar günləri ilə bağlı olur”.

Onun sözlərinə görə, Quql yaxşı iş görmək istəsə, ilk növbədə Azərbaycan xəritəsini düzəldər:

“Aylardır danışsaq da, Quql erməni mövqeyindən əl çəkmir. Heç bir məntiqi açıqlama olmadan ikili adlandırmaları hələ də istifadə edir”.