Quranı yandıran radikaldan prezident Ərdoğana ultimatum
2023-01-27 15:15:00
Türkiyənin Stokholm səfirliyinin qarşısında Quranı yandıran ifrat sağçi anti-müsəlman isveçli siyasətçi Paludan prezident Ərdoğana həfə-qorxu gəlib və ultimatum yollayıb.
Ultimatumda Paludan təhdid dili ilə danışaraq bildirib ki, İsveç NATO-ya daxil olmayana qədər öz aksiyasını davam etdirəcək. O bəyan edib ki, “İsveç NATO-ya qəbul olunmayana qədər hər cümə Quranı Kopenhagendəki Türkiyə səfirliyinin qarşısında yandıracaq”.
Paludan hədələyib ki, məsciddə, Kopenhagendəki rus və türk səfirliklərinin qarşısında 3 Quran yandıracaq.
Ülviyyə, Hurriyyet.az