📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qurbağaya işgəncə verməsi xəbəri ilə gündəmə gələn direktor DANIŞDI

2022-04-11 09:06:00

Qurbağaya işgəncə verməsi xəbəri ilə gündəmə gələn direktor DANIŞDI

Xəbər verdiyimiz kimi, biologiya dərsində məktəb direktorunun qurbağaya işgəncə verməsi ilə bağlı görüntülər yayılıb.

Hurriyyet.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülər cəmiyyət tərəfindən xoş qarşılanmayıb.

Məsələ ilə bağlı "Tehsil.biz"ə danışan sözügedən direktor Ülviyyə Mahmudova həmişəki üsulla dərslərini keçdiyini bildirib:

"Mən həmişəki üsulla dərslərimi keçirəm, hansı ki bizə də Bakı Dövlət Universitetində dərslər bu üsulla tədris olunurdu. Sadəcə bu qədər ajiotaj doğuracağı yatsam, yuxuma da girməzdi. İnsanlar nə axtarırlar, onu da bilmirəm. Bir balaca elmdən, biologiyadan başı çıxan adamlar bilir ki, o təcrübəni bu gün mən kəşf etməmişəm. Orada "direktor işgəncə verdi", "öncə başını kəsdi, sonra qarnını yardı" deyə başlıqlar yazaraq bunu mediaya verənlərin məqsədi nədir, onu da anlamış deyiləm".