📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qurban bayramı namazının vaxtı bilindi

2024-06-11 11:18:26

Qurban bayramı namazının vaxtı bilindi

Azərbaycan məscidlərində iyunun 16-da Qurban bayramı namazı qılınacaq.

Hurriyyet.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Qurban bayramı ilə bağlı fətvasında qeyd olunub.

Bildirilib ki, Qurbаn bаyrаmı iyunun 16-na təsadüf edəcək: "Şəriətə uyğun olaraq, Qurban kəsimi iyunun 16-dan başlayaraq üç gün davam edə bilər".