Qurban Qurbanov dünyada neçəncidir? - YENİ REYTİNQ
2024-06-04 19:10:32
Dünyanın ən yaxşı baş məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.
Hürriyyət.az xəbər verir ki, siyahıda Azərbaycandan yalnız Qurban Qurbanov yer alıb.
Qurbanov 500 mütəxəssisin yer aldığı siyahıda bir pillə irəliləyərək 135-ci yerə yüksəlib.
Qeyd edək ki, siyahı tərtib olunarkən 2023/24 mövsümünün yekunları nəzərə alınıb. Siyahıya “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola başçılıq edir.