Qurban Qurbanov: "İlk 2 qoldan sonra oynamaq daha rahat oldu"
2023-03-15 23:52:00
"Bizim üçün vacib matç idi. Həm yaxşı oyun göstərmək, həm də 3 xal əldə etmək istəyirdik. Hər şey düşündüyümüz kimi alındı. İlk 2 qoldan sonra oynamaq daha rahat oldu".
Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Sumqayıt"a 6:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXVII tur oyunundan sonra mətbuat konfransında deyib. \\Report