Qurban Qurbanov ilk maaşından DANIŞDI: "70 manat almışdım..."
2026-05-05 18:46:28
Qurban Qurbanov ilk qazancını xatırlayaraq maraqlı açıqlama verib.
Milli.Az xəbər verir ki, "Qarabağ FK" klubunun baş məşqçisi gənclik illərində aldığı ilk maaşdan danışıb. O, bildirib ki, 16-17 yaşlarında futbol oynayarkən 70 manat əməkhaqqı alıb.
Qurbanovun sözlərinə görə, həmin pulun bir hissəsini ailəsi üçün xərcləyib:
"Zaqatalada bazara getdim, 40 manatlıq bazarlıq etdim. Evə qayıdanda anam evdə idi, çoxlu ərzaq almışdım".
Futbol mütəxəssisinin bu səmimi etirafı sosial şəbəkələrdə maraqla qarşılanıb və müzakirələrə yaradıb.