📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qurban Qurbanov milli üzvü ilə bağlı yekun qərarını verdi

2023-04-03 19:23:00

Qurban Qurbanov milli üzvü ilə bağlı yekun qərarını verdi

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov cari mövsümün sonunda klubu ilə olan müqaviləsinin müddəti başa çatacaq Filip Ozobiçlə bağlı qərarını verib.

50 yaşlı mütəxəssis Azərbaycan yığmasının da üzvü olan xorvatı komandada saxlamaqda maraqlı deyil.

Səbəb 31 yaşlı yarımmüdafiəçinin tez-tez zədələnməsi və oynadığı matçlarda belə, komandaya faydalı ola bilməməsidir.

Qeyd edək ki, Ozobiçi ölkəsinin "Slaven Belupo" klubu istəsə də, onun qışdan danışıq apardığı "Neftçi"yə keçmək ehtimalı daha yüksəkdir. \\Fanat.Az