Qurban Qurbanovdan hakimə etiraz: planşeti təpiklə sındırdı - ANBAAN VİDEO
2025-04-02 19:20:08
Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilir.
Günün ilk matçında "Araz-Naxçıvan" "Qarabağ"ı qəbul edir. Hazırda davam edən matçın 27-ci dəqiqəsində Ağdam klubunun qapısına penalti təyin edilib.
Buna hiddətlənən Qurban Qurbanov 2 dəfə dördüncü hakimə yaxınlaşıb və uzun mübahisə edib. Hirsi soyumayan baş məşqçi epizodun təkrarını izlədiyi planşeti ayaq zərbəsi ilə param-parça edib.
Həmin anları sizə təqdim edirik:
Offsideplus.az