Qurban Qurbanovdan xahiş etdi, "Qarabağ" 1 qəpik istəmədi, xeyir-dua aldı
2024-01-18 19:59:46
"Qarabağ"ın müdafiəçisi Rahil Məmmədov karyerasını Polşada davam etdirəcəyini xəbər vermişdik.
Millinin 28 yaşlı üzvü LKS (Lodz) ilə anlaşıb.
O, bu gün sözügedən ölkəyə yollanacaq və tibbi baxışdan keçəcək. Sağlıq durumunda problem aşkarlanmasa, 1+1 illik müqaviləyə imza atacaq.
Polyaklar onu pulsuz əldə edib. «Qarabağ»da əsas heyət üzvü sayılmayan Məmmədov buradan təzminatsız ayrılıb.
Kontraktının gələn ilin yayında bitməsinə baxmayaraq.
Qurban Qurbanovla görüşən oyunçu legioner həyatı yaşamaq istədiyini, Polşadan gələn təklifin ona sərf etdiyini deyərək, Avropaya yolunun açılmasına icazə istəyib. Baş məşqçi Rahilin israrırının ziddinə getməyib, müdafiəçiyə xeyir-dua verib.\\Sportinfo.az