📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qurban Qurbanovun mətbuat konfransı Bakıda olacaq

2026-08-04 12:25:35

Qurban Qurbanovun mətbuat konfransı Bakıda olacaq

“Qarabağ”ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Dinamo” (Kiyev, Ukrayna) ilə qarşılaşacaq.

Hurriyyet.Media  xəbər verir ki, baş məşqçisi Qurban Qurbanovun səfərdə keçiriləcək ilk oyun öncəsi mətbuat konfransı Bakıda baş tutacaq.

Qarşılaşmadan bir gün əvvəl - avqustun 5-də keçiriləcək konfrans saat 11:45-də başlayacaq. Tədbir  “Azersun Arena”da təşkil olunacaq.

Qeyd edək ki, “Dinamo” - “Qarabağ” oyunu avqustun 6-da Polşanın Lubin şəhərindəki "Lubin Arena"da baş tutacaq.

Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.