📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qurban Yetirmişlidən zəlzələ ilə bağlı AÇIQLAMA

2026-08-15 12:28:15

Qurban Yetirmişlidən zəlzələ ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanın şimal bölgəsində yerləşən Quba rayonunda yeraltı təkanlar qeydə alınıb.

Musavat.com xəbər verir ki, zəlzələ ilə bağlı Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli NOCOMMENT.az-a açıqlama verib.

“Bəli, bu dəqiqələrdə Quba rayonunda zəlzələ baş verib. Zəlzələnin gücü 5 bala yaxın olub, ətraf rayonlarda da hiss edilib. Güman edirəm ki, ciddi dağıntılar olmayacaq. Yaxın günlərdə təkrar təkanlar gözlənilir”.

O, bildirib ki, ölkəmizdə hər gün yerli təkanlar qeydə alınır, lakin onlardan bəziləri hiss olunur.

"Bu yeraltı süxurlarda gərginliyin artması ilə ortayaçıxan prosesdir. Yəni katastrofik zəlzələ ehtimalı bizdə yox dərəcəsindədir. Son zamanlar baş verən zəlzələlər də daha çox seysmik ərazilərdə qeydə alınır ki, burada da təhlükəli heç bir hal yoxdur".