📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qurbanlıq heyvanların onlayn satışına start verildi – VİDEO

2022-07-05 23:17:00

Qurbanlıq heyvanların onlayn satışına start verildi – VİDEO

Bir-neçə gün sonra ölkəmizdə Qurban Bayramı qeyd ediləcək. Bu məqsədlər ölkənin bir çox yerində qurbanlıq qoyunların satışı və kəsimi məntəqələri təşkil olunub.

“Məntəqələrə gətirilən bütün qurbanlıq heyvanlar baytarlıq nəzarətindən keçməklə, sanitar-gigiyenik qaydalara uyğun şəkildə kəsilib alıcılara təqdim olunacaq”.

Hurriyyet.az baku tv-yə istinadən xəbər verir ki, bu sözləri AQTA-nın mətbuat katibi Aysel Fərziyeva bildirib.

O, qeyd edib ki, birsıra regionlarda AQTA ilə razılaşdırılmaqla çadır tipli kəsim məntəqələri də quraşdırılacaq.