📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qurbanov hakimin qərarına əsəbiləşdi

2026-02-01 19:36:41

Qurbanov hakimin qərarına əsəbiləşdi

Misli Premyer Liqasının 18-ci turunda keçirilən “Qarabağ” - “Turan Tovuz” oyununda gərginlik yaşanıb.

Hurriyyet.org “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov hakimə sərt etiraz edib.

Belə ki, matçın 32-ci dəqiqəsində Mateus Silva rəqibi ilə mübarizədə yerdə qalıb.

Baş hakim Elçin Məsiyev isə “Qarabağ”ın əleyhinə cərimə zərbəsi təyin edib. Bu qərar isə Qurban Qurbanovu özündən çıxarıb. O, sərt şəkildə hakimə etiraz edib.