📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

QURBANOVUN VƏZIFƏLİ QOHUMU NİYƏ BIÇAQLANIB? - Şok təfərrüatlar (Yenillənib)

2026-10-08 22:49:37

QURBANOVUN VƏZIFƏLİ QOHUMU NİYƏ BIÇAQLANIB? - Şok təfərrüatlar (Yenillənib)

Abşeronda direktor müavininin bıçaqlanması ilə nəticələnən hadisənin detalları məlum olub.

Hurriyyet.net  Oxu.az-a istinadla xəbər verir ki, hadisəni törədən Elçin Balayevə nizam-intizam məsələlərinə görə bir neçə dəfə direktor müavini Orxan Ənvərli tərəfindən xəbərdarlıq edilib. Lakin xəbərdarlıqlara məhəl qoymayan E.Balayev bir müddət əvvəl direktor müavininin otağına gələrək əməkdaşların yanında onu təhqir edib. Bildirilir ki, təhqirlərə baxmayaraq direktor müavini onu işdən çıxarmayıb.

Bu gün səhər saatlarında isə Orxan Ənvərli maşından düşdüyü anda Elçin Balayevin hücumuna məruz qalıb. İkinci bıçaq zərbəsini vurmaq istəyərkən xəstəxananın mühafizəsi bunun qarşısını alıb.

Hazırda bıçaqlanan şəxsin vəziyyətinin yaxşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Oktyabrın 8-də səhər saatlarında Abşeron Rayon Mərkəzi Xəstəxanasında Dəstək xidmətləri şöbəsinin Texniki dəstək bölməsində sürücü vəzifəsində çalışan əməkdaş direktorun inzibati işlər üzrə müavininə xəsarət yetirib.

Hurriyyet.net  xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib

Hadisə zamanı xəsarət alan direktorun inzibati işlər üzrə müavininə dərhal zəruri tibbi yardım göstərilib. Hazırda onun vəziyyəti stabil qiymətləndirilir.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlara məlumat verilib. Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Qeyd edək ki, sürücünün əmək intizamı qaydalarını pozması halları müşahidə olunub. Bu hallar ilə bağlı ona dəfələrlə şifahi xəbərdarlıq edilib.

***

Abşeronda bıçaqlanma hadisəsi baş verib.

Hurriyyet.net  Lent.az-a istinadla xəbər verir ki, hadisə Abşeron rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Baş həkimin müavini işdən çıxarılan əməkdaş tərəfindən bıçaqlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Elçin Balayev tutularaq, istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.