📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qurbanqulu Berdıməhəmmədova toxunulmazlıq statusu verildi

2023-01-23 12:22:00

Qurbanqulu Berdıməhəmmədova toxunulmazlıq statusu verildi

Hurriyyet.az xəbər verir ki, “Türkmən xalqının ümummilli lideri” adlı yeni imzalanmış konstitusiya qanununa əsasən, Türkmənistanın keçmiş Prezidenti Qurbanqulu Berdıməhəmmədov və onun ailə üzvləri toxunulmazlıq hüququ və digər imtiyazlarla təmin ediliblər.

Qanunu Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədov imzalayıb. Toxunulmazlıq qanunu digər ailə üzvləri ilə yanaşı, həm də onun əmlakına da aiddir.

Yanvarın 21-də parlamentin – Türkmənistanın Milli Gengeşinin birgə iclasında keçmiş dövlət başçısı Qurbanqulu Berdıməhəmmədovun ümummili lider statusunun möhkəmləndirilməsi barəsində qərar qəbul edilib.

Hürr Tərcüman