Quru sərhədləri açılır?
2021-12-28 17:58:00
“Quru sərhədləri hələ də bağlıdır. Amma insanlar xüsusi icazələrlə quru sərhədindən keçə bilir”.
Pravda.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
Prezidentin köməkçisi bildirib ki, Omicron ştamının yayılması şəraitində bu məsələ müzakirə edilmir.
Pravda.az