📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qurum rəsmisi AÇIQLADI: "Azərbaycanda istiliklə bağlı Tarif Şurasına..."

2022-10-07 12:47:00

Qurum rəsmisi AÇIQLADI:

"Hazırda əhali qrupuna verilən istiliyin sayğaclaşdırılması gündəmimizdə deyil".

Hurriyyet.az xəbər verir ki, bunu "Azəristiliktəchizat" ASC-nin sədrinin islahatlar üzrə müşaviri Ramil Məhərrəmov mətbuat konfransında deyib.

O bildirib ki, hazırda pilot olaraq qeyri-əhali qrupu üçün məhdud sayda sayğaclaşma prosesə start verilib:

"Pilot olaraq ən sərfəli sayğacı müəyyənləşdiririk ki, gələcəkdə əhali qrupuna verilən istiliyin sayğaclaşmasında problem yaşanmasın. Beynəlxalq standartlara uyğun sayğaclar quraşdırılacaq".

Qurum rəsmisi qeyd edib ki, qiymətlərin dəyişdirilməsi ilə bağlı isə Tarif Şurasına heç bir müraciət olunmayıb.(APA)