📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qusar Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub

2024-02-26 19:21:20

Qusar Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub

Qusar Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Baş direktoru vəzifəsinə təyinat olub.

Bu vəzifəni Bakı Sağlamlıq Mərkəzinin Cərrahiyyə şöbəsinin müdiri Kamil Hacıyev icra edəcək.

Bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.

Qeyd edək ki, Qusar Rayon Mərkəzi Xəstəxanasına 2023-cü il noyabr ayının 23-də direktor təyin edilən Pərviz Məhsimovla bağlanan müqaviləyə 3 ayın tamamında, fevral ayının 23-də xitam verilib.  \\Report.Az